35 yaşlı kişi bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

35 yaşlı kişi bıçaqlandı

Siyəzən rayonunda 35 yaşlı kişi bıçaqlanıb. Siyəzən Regional Diaqnostika Mərkəzindən Publika.az-a verilən məlumata görə, Vasif Zeynalov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qarın boşluğu və döş qəfəsindən bir neçə xəsarət alan yaralı reanimasiyadadır. Vəziyyəti ağırdır.

Siyəzən rayon polis şöbəsindən isə bildirilib ki, hadisə münaqişə zəminində törədilsə də, hadisə ilə bağlı hələ ki saxlanılan yoxdur.

Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm