Bakıda “bismillah” cinayətinin təfərrüatları
Bizi izləyin

Qırmızı.az

Bakıda “bismillah” cinayətinin təfərrüatları

Bakıda vəhhabinin “bismillah” sözü üstündə iki nəfərin qanını axıtmasının təfərrüatları məlum olub. Vəhhabinin bıçağına tuş gəlmiş gənclərin yaxınları milli.az-a qanlı hadisənin səbəbini açıqlayıblar. Avqustun 18-də 21 yaşlı Xəyal Bayramov və 24 yaşlı Hilal Bedjanovun avtobusda vəhhabi ilə mübahisəsi düşüb. Mübahisəyə isə bıçaqlanan şəxslərin “bismillah” kəlməsi səbəb olub.


Xəyal dostu ilə avtobusda gedirmiş. Bu zaman arxadan bir nəfər onlardan avtobusdan düşmək üçün icazə istəyib. Arxaya çevrilən Xəyal isə uzun saqqalı, fərqli geyimdə olan vəhhabini görüb və “bismillah” deyib. Bunun üstündə münaqişə başlayıb, vəhhabi bu iki oğlanı avtobusdan düşürərək bıçaqlayıb. Xəyalın mədəsini, Hilalın isə qarın boşluğunu bıçaq dağıdıb.


Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm