Oğurluğu hobbi sayan 15 yaşlı yeniyetmə tutuldu
Bizi izləyin

Qırmızı.az

Oğurluğu hobbi sayan 15 yaşlı yeniyetmə tutuldu

Bakıda silsilə oğurluq cinayətlərində adı hallanan 15 yaşlı yeniyetmə tutulub.

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 15 yaşlı Fuad Hüseynov rayon ərazisində bir neçə yerdən oğurluq edib.

O, Badamdar qəsəbəsində, Soltan Qəribova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator, Qazolin küçəsində yerləşən Neft Qaz Texniki Xidmətlər Şirkətinin anbarından tikinti alətləri, Şıx çimərliyində Famil Məmmədovun, Sevindik Şirinovun pulunu, mobil telefonu, geyim əşyalarını, Salyan yolunda Turqut Əhmədovun evindən mobil telefon, həmin ərazidə yerləşən kafedən oğurluq edib.

O, istintaqa maraqlı açıqlama verib. Bildirib ki, cinyət törətmək hobbisi olduğuna görə belə bir addım atıb.

Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm