Quba Azərbaycanın Gənclər Paytaxtı oldu
Bizi izləyin

Qırmızı.az

Quba Azərbaycanın Gənclər Paytaxtı oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövr ərzində hər il ölkənin bir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövr ərzində hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulub.

Bu məqsədlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ilk belə müsabiqə 2012-ci ildən keçirilib və ilk Gənclər Paytaxtı Gəncə seçilib. 2013-cü ildə isə bu adı Biləsuvar qazanıb. 2014-cü ildə isə qələbə Qubanın olub.

Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevin verdiyi məlumata görə Quba gəncləri bu mübabiqəyə ciddi hazılaşıb. Rayon İcra Hakimiyyətini başçısı Mübariz Ağayevin də yaxından dəstəyi ilə Quba Gənclər Mərkəzində qərargah yaradıllıb, sosial şəbəkələrdə müxtəlif qruplar və səhifələr yaradılaraq Quba gəncləri və gənclər təşkilatları mütəşəkkil şəkildə səsverməyə cəlb edilib.

M.Nöhbalayev bildirib ki, səsvermə başa çatan və Qubanın qələbəsi müəyyən olunan kimi dərthal Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov Gənclər Mərkəzinə gələrək aktiv gənclərlə görüşüb, rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin təbriklərini onlara çatdırıb. Daha sonra atəşfəşanlıqla Quba gənclərinin qələbəsi qeyd edilib.

Bildirək ki, 2014-cü ilin nominasiyasında isə əsas mübarizə Quba və Cəlilabad rayonları arasında gedib. Son nəticədə Quba 42.1 fazi səslə bu ada layiq görülüb.

Qeyd edək ki, qalib rayonun topladığı faiz digər müsabiqələrin də faizlərini arxada qoyub.olmuşdur. Keçən il isə Biləsuvar rayonu gənclərinin təşkilatçılığı və bacırıqları sayəsində 2013-cü il Gənclər Paytaxtı seçilib. /gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm