Hərbi xidmətdən yenicə qayıdan gənc Bakıda buzlu yolda yıxılıb öldü
Bizi izləyin

Qırmızı.az

Hərbi xidmətdən yenicə qayıdan gənc Bakıda buzlu yolda yıxılıb öldü

Bu gün səhər saatlarında Bakıda bir nəfər yıxılaraq dünyasını dəyişib.

Bu gün səhər saatlarında Bakıda bir nəfər yıxılaraq dünyasını dəyişib.

Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Xidmətinə Publika.az-a verilən məlumata görə, bu 21 yaşlı Ağamehdi Mehdizadə adlı gəncdir.

Həkimlər gəncin bədənini müayinə edərkən, onda gözlə müşahidə olunan heç bir zədə və xəsarət aşkarlanmayıblar. Ehtimal olunur ki, sözügedən şəxs buzlu yolda yıxılarq başından zədə alıb.

Hadisə şahidləri Anspress-ə verdikləri məlumata görə, adını bilmədikləri gəncin Həmzə Babaşov küçəsində 6 saylı binada yaşayan bibisi Bahar adlı qadının evində qonaq olduğu deyirlər. Onların sözlərinə görə, gənc 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərinin birinə işə düzəlməyə gedirmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm