Qırmızı.az
Nazirlik Ebola virusu ilə bağlı “qaynar xətt” yaratdı
Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında Ebola virusu ilə bağlı “qaynar xətt” yaradılıb.
Bu məlumatı virtualaz.org saytına stansiyanın direktor müavini Şaiq Qurbanov verib.
Ş.Qurbanov bildirdi ki, əhalinin məlumatlandırılması və xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslərin aşkarlanması üçün tədbirlərin görülməsinə başlanılıb: “Əslində Ebola virusunun Azərbaycana keçmə ehtimalı yoxdur. Çünki Azərbaycanın xəstəliyin qeydə alındığı ölkələrlə əlaqəsi zəifdir. Ola bilər ki, o ölkələrdə Azərbaycanda bir-iki tələbə oxusun və ya turist gəlsin. Amma sərhəd-keçid məntəqələrində Karantin Müfəttişliyi tərəfindən nəzarət gücləndirilib. Ölkəyə gələnlərin hərarəti yoxlanılır, həkim nəzarəti edilir. Ölkəyə gələn xaricilərdə virus özünü 3 həftə ərzində büruzə verə bilər. Ona görə də Azərbaycana daxil olanlardan hər gün yaşadıqları ərazidəki poliklinikaya gedib həkim nəzarətindən keçmələri tələb olunur. Qaydalara görə, məsələn, vəba, taun və digər xəstəliklərin qeydə alındığı ölkələrdən gələnlər bu xəstəliyə görə nəzarətə götürülürlər. Ebola virusu ilə bağlı həyata keçirilən tədbirlər də profilaktik məqsəd daşıyır”.
Ş.Qurbanov söylədi ki, artıq “qaynar xətt”ə zənglər başlayıb: “Virusla bağlı məlumatlar birtərəfli gedir, buna görə də insanlar təviş içindədir. Zəng vurub hərarəti olduğunu, özlərini yaxşı hiss etmədiklərini deyirlər. Başa salırıq ki, xarici ölkələrə getməyən, xaricdən gələn xəstə insanlarla təmasda olmayanlar bu virusa yoluxa bilməzlər. Ebola və ya digər virusun qarşısını almaq üçün mətbuatın yardımı vacibdir. İnsanlar bilməlidir ki, küçədə bu virusa yoluxanlarla qarşılaşanlar bu virusa yoluxmaya bilər”.
Direktor müavini əhaliyə şəxsi gigiyenik qaydalara riayət etmələrini məsləhət gördü: “Məsələn, vəba olduqca təhlükəli xəstəlik sayılır. Amma şəxsi gigiyena ilə bu xəstəliyə yoluxmamaq mümkündür. Ebola virusu da belədir. İnsanlar çiy su içməkdən çəkinməli, yemək yemədən əllərini yumalıdırlar. Amma virusla bağlı narahatçılığı olanlar günün istənilən saatında zəng edib əlavə məlumat ala bilərlər”.
Qeyd edək ki, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov Ebola virusu ilə bağlı əmr imzalayıb.
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti