Əmisi oğlunu qətlə yetirdi, birini isə ağır yaraladı
Bizi izləyin

Qırmızı.az

Əmisi oğlunu qətlə yetirdi, birini isə ağır yaraladı

Masallı rayonunda qan qohumları arasında düşən dava qətllə nəticələnib. Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, Xırmandalı kənd sakini 27 yaşlı Ramal Muradov əmisi oğlanları 26 yaşlı Zəbulla və 23 yaşlı Samir Muradov qardaşlarını bıçaqlayıb. Zəbulla Muradov dünyasını dəyişib, Samir isə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Polis şöbəsindən Publika.az-a bildirilib ki, cinayəti törədən Ramal Muradov tutulub və iş baxılması üçün rayon prokurorluğuna göndərilib. Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm