Qırmızı.az
Bakıda 20 yaşlı qızı özünü yandırmağa vadar edən şəxs tutuldu
Bakıda üç gün əvvəl özünü yandıran 20 yaşlı Məlakə Bayramlının özünü öldürmə həddinə çatdırmasında günahkar bilinən şəxs saxlanılıb.
Publika.az-ın Bakı Şəhər Baş Prokurorluğunun mətbuat
xidmətinə istinadən verdiyi məlumata görə, həmin iş üzrə cinayəti
törətməkdə şübhəli bilinən Əli Həbibli artıq saxlanılıb. Hazırda
faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam
etdirilir.
Xatırladaq ki, yanvarın 30-da saat 10:30 radələrində Lənkəran
şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan
Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə
tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq
yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib.
Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi
qiymətləndirilir.
Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki,
M. Bayramlı 1990-cı ildə Lənkəran şəhərində anadan olub, 29 oktyabr
2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli
Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi
xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran
şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə
görüşərək yaxın ünsiyyətdə olublar.
Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.
Bayramlı Ə. Həbiblinin onu zorlaması barədə Respublika Hərbi
Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə
aparılmış araşdırmalar zamanı M. Bayramlı ilkin izahatında qeyd
olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə. Həbibli
tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə
olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və
şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.
M. Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından
cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq
toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi
barədə qərar qəbul edilib və qərarın surəti M. Bayramlıya
göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah
edilib.
Eyni zamanda M. Bayramlının Ə. Həbibli və digər hərbi qulluqçuların
qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış
material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli
Təhlükəsizlik Nazirliyinə göndərilib.
Ə. Həbibli M. Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini
davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər
pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M. Bayramlı bundan
hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.
Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin
125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ