Bakının mərkəzi küçəsində bıçaqlanma
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzi küçəsində bıçaqlanma

Nəsimi rayonu, Azadlıq prospektində gənclər arasında bıçaqlanma hadisəsi olub. Nəsimi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini 29 yaşlı Məmmədov Bakı şəhər sakini Ramin Qafarovu bıçaqlayıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Pənah Məmmədov isə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm