• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cəlilabadda qadın sevgilisini bıçaqladı

Cəlilabadda qadın sevgilisini bıçaqladı

Cəlilabad rayonunda qadın kişini bıçaqlayaraq ona bədən xəsarəti yetirib.

Cəlilabad rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, Ocaqlı kənd sakini Ayət Abıyeva münaqişə zəminində Anar Nəzərovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyətini həkimlər ağır qiymətləndirir.

Hadisəni törədən Aytən Abıyeva tutularaq istintaqa təhsil verilib. Polisdən bildirilib ki, ilkin ehtimala görə, onların qeyri-qanuni münasibətləri olub. Sevgilisini qısqanan qadın ona xəsarət yetirməklə acığını çıxıb.

Hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı cinayət işi başlayıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR