• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Avtobus qəzaya düşdü: 15 nəfər xəsarət aldı (YENİLƏNİB)

Avtobus qəzaya düşdü: 15 nəfər xəsarət aldı (YENİLƏNİB)

Təcili Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, qəzada yaralananlar arasında yeniyetmə də var. Stansiyanln növbətçi həkimi yüngül xəsarət alan 8 nəfərin adlarını açıqlayıb. Məlum olub ki, onlar 12 yaşlı Ramil Xəlilov, 20 yaşlı Rufulla Qurbanov, 21 yaşlı Elnur Muradov, 27 yaşlı Seyid Cəfərov, 28 yaşlı Samir Qasımov, 31 yaşlı Dilqəm Hacıyev, 58 yaşlı Xanmurad Dostəliyev və 63 yaşlı Səyyad Cəbrayılovdur.

Qalan 7 nəfər isə Mərkəzi Kliniki Xəstəxanaın reanimasiya şöbəsinə yerləşdirilib, əməliyyat olunur.

18:25

Ələt - 20-ci sahə istiqaməti üzrə hərkət edən 195 saylı sərmişin avtobus aşıb, xeyli yaralı var.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, hadisə saat 15:00 radələrində Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. 195 saylı sərnişin avtobusu ilə ilə “Kamaz “ markalı yük maşını ilə toqquşub.

Nəticədə 15-ə yaxın sərnişin xəsarət alıb. Bölmədən bildirilib ki, hadisənin baş verməsinə səbəb "Kamaz" markalı yük maşını olub. Belə ki, sərnişin avtobusu dayanacaqda sərnişin düşürən zaman arxadan gələn yük maşını avtobusa çırpılıb. Hadisə baş verən zaman yük maşınının sürücüsü yuxulu olub.

Qəza zamanı yaralananların bəzisinə yerindəcə ilkin tibbi yardım göstərilib, bir neçəsi isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə ilə bağlı polis araşdırma apardığından sürücülərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR