Əfqan general Bakını gəzdi
Bizi izləyin

Qırmızı.az

Əfqan general Bakını gəzdi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyi Sərhəd Polisinin komandanı, general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimə qatılmaq məqsədilə ölkəmizə səfər edib.

DSX-nin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, mərkəzi aparatında Məhəmməd Şəfiq Fəzlinin təntənəli qarşılanma mərasimi keçirilib. Protokola uyğun olaraq Əfqanıstan Sərhəd Polisinin komandanı Şərəf Kitabına ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə sərhəd təhlükəsizliyi məsələləri, dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi tədbirləri, qazanılan xidməti nailiyyətlər müzakirə olunub. Həmçinin hər iki qurum arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Əfqanıstan Sərhəd Polisi əməkdaşlarının DSX Akademiyasında uzunmüddətli akademik təlimlərdə, eləcə də müxtəlif ixtisaslar üzrə təkmilləşdirmə kurslarında iştirakı ilə bağlı ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti Bakının görməli yerləri ilə tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm