Ələtdə kütləvi dava: üç sərhədçi kursant qovuldu
Bizi izləyin

Qırmızı.az

Ələtdə kütləvi dava: üç sərhədçi kursant qovuldu

Ələt qəsəbəsində kütləvi dava olub.

Axar.az-a mötəbər mənbədən verilən məlumatda bildirilir ki, bir həftə əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının 4-cü kurs tələbələri Ələt qəsəbəsində təlimə göndəriliblər.

Təlim keçirilən yerdə sərhədçi kursantlarla yeməkxana işçiləri arasında söyüş üstündə mübahisə düşüb və kütləvi dava olub.

Xəbərdə deyilir ki, yeməkxananın şüşələri sındırılıb, hadisə yerinə polis çağırılıb, daha sonra prokurorluğa məlumat verilib.

Mənbə deyir ki, hərbi hissə komandirinin əmri ilə kütləvi davada yalnız 3 kursanta üç günlük inzibati həbs cəzası verilib. Onlar həbsdən çıxandan sonra sərhəd qoşunları sıralarından azad olunublar. Həmin kursantların adları açıqlanmır.

Məsələ ilə bağlı açıqlama aldığımız Qaradağ Rayon Polis İdarəsindən faktı təsdiqlədilər. Lakin bununla bağlı məlumat verə bilməyəcəklərini bildirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm