Faciə: Maykl Cekson balıqçını uddu
Bizi izləyin

Qırmızı.az

Faciə: Maykl Cekson balıqçını uddu

Avstraliyanın Darvin şəhərində faciə baş verib.

Axar.az xəbər verir ki, Maykl Cekson ləqəbli albinos timsah Adelaid çayında tor atan 57 yaşlı balıqçını bir anın içində arvadının gözləri önündə yeyib. Balıqçının arvadı deyib ki, heç nə olduğunu başa düşməyə macal da tapmadım. Uzun illər yerli təbiət qoruğunun ən maraqlı “eksponatı” hesab olunan timsahı güllələməli olublar.

Darvinin 60 km-liyində Adelaid çayının sahilində yerləşən “Timsah parkı” hər il yüzlərlə turisti bura cəlb edir. “Wallaroo Tours” turizm firmasının sahibi Rob Marşan bildirib ki, balıqçı və onun xanımı suya girməyin təhlükəli və qadağan olduğu haqqında məlumatlandırılıbmışlar. Maykl Cekson təbiətinə xas şəkildə hərəkət edib. Bizim yerlərin sərt qanunları var. Əgər özünüzü gözləməsəz, sizi yeyəcəklər. Rob Marşan onu da əlavə edib ki, Maykl Cekson öz rəng çalarlarına görə milyon timsahdan biri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm