• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu günün tarixi - 21 avqust

Bu günün tarixi - 21 avqust

Miladi: 21 avqust 2014
Hicri: 24 şəvval 1435

İlin 234-ci günü
İlin sonuna 131 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.40
Günəş - 06.56
Zöhr - 13.47
Əsr - 18.08
Məğrib – 20.47
İşa – 22.13

1921 - azərbaycanlı yazıçı Seyfəddin Dağlı anadan olub. (ö. 1983).

1930 - Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev anadan olub. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.

1940 - rus inqilabçı Lev Trotski ölüb. (d. 1879).

1968 - Sovet İttifaqı qoşunları Çexoslovakiyaya daxil olub
.
1991 - Latviya müstəqilliyinin bərpasını elan etmişdir.
Azərbaycanda olan hadisələr

1991 - Erməni təxribatçı dəstələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı terror hücumları davam edib. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında sərnişin avtobusunun partladılması nəticəsində 2 nəfər həlak olub, 10 nəfər ağır yaralanıb.

1992 - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Tehrana səfəri gedişində İran İslam Respublikasından Naxçıvana elektrik enerjisi verilməsi, kommunikasiyaların çəkilməsi və ərzaq yardımı göstərilməsi barədə sazişlər imzalanıb. Səfər Milli Məclisin və Azərbaycan hökumətinin Naxçıvana yardım göstərilməsi barədə qəbul etdiyi qərarlar çərçivəsində həyata keçirilmişdi.

1997 - Azərbaycan Respublikası ilə Serbiya və Çernoqoriya İttifaqı (2006-cı ildən Serbiya və Çernoqoriya respublikalarına ayrılıb) arasında diplomatik münasibətlər qurulub.

1997 - məşhur rus sirk və kino aktyoru Yuri Nikulin vəfat edib. (d. 1921).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR