Astarada ilginc cinayət - qadın qadının burnunu dişlədi
Bizi izləyin

Qırmızı.az

Astarada ilginc cinayət - qadın qadının burnunu dişlədi

Astara rayonunda qonşular arasında torpaq üstündə yaranmış mübahisə cinayətlə nəticələnib. Belə ki, Sahibə Məmmədova qonşusu Nailə Əhmədovanın (hər iki ad şərtidir-red) burnunu dişləyib. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Əhmədovanın burnunu dişləyən S.Məmmədovaya 3 il şərti cəza verilib. Zərərçəkmiş Nailə Əhmədovanın vəkili Zülfiyyə Bayramova Publika.az-a bildirib ki, qadın üç dəfə əməliyyat olunub:

“Bakı Ağır Cinayətlər Məhkəməsi həmin qadına 3 il şərti cəza kəsdi. Sonra mülki qaydada Astara Rayon Məhkəməsinə müraciət etdik. Bu gün məhkəmə qərarını açıqladı və 1000 manat pul cəriməsi kəsdi. Biz bununla razı deyilik. Çünki qadın üç dəfə əməliyyat olunub. Tələbimiz 50 min manatdır. Qadın elə eybəcər hala düşüb ki, bu müddətdə bir dəfə də olsun evdən bayıra çıxa bilməyib. Bu, mənəvi ziyandır”.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm