Masallıda kanalizasiya çəkilişi ölümə səbəb oldu (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Masallıda kanalizasiya çəkilişi ölümə səbəb oldu (VİDEO)

Masallıda su kanalizasiya xətti çəkilişi zamanı qazıntı işləri aparan 2 nəfər fəhlə torpaq uçqunu altında qalıb.


Hadisə ötən gün saat 19:50 də rayonun Mərkəzi Xəstəxanasının arxa tərəfində baş verib.


Fəhlələr həmin ərazidə kanalizasiya çəkilişi apardığı zaman torpaq uçqunu yaşanıb. Nəticədə, fəhlələr uçqun altında qalıb. Masallı rayon Hüsnühacılı kənd sakini Novruzov Müsəddiq İsmət oğlu hadisə yerində keçinib. Həmçinin digər fəhlə Göyçay rayon Səhadət Qarabağlar kənd sakini Seyidov Ramin Vəkil oğlu ağır dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Hadisə yerinə dərhal FHN əməkdaşları və hüquq-mühafizə orqanları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, Masallıda kanalizasiya çəkilişi zamanı baş verən ölümə səbəb, təhlükəsizlik qaydalarına riayət edilməməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm