Nazir Gədəbəydə vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Nazir Gədəbəydə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 29-da saat 10:00-da Nazirliyin Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 326-00-08 (Gədəbəy rayon ƏSMM), (022) 305-34-82 (Şəmkir rayon ƏSMM), (022) 315-34-36 (Tovuz rayon ƏSMM), (022) 295-13-31 (Qazax rayon ƏSMM), (022) 225-22-42 (Ağstafa rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.


Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm