Poylu-Ağstafa dəmir yolunun təmirinə start verildi (FOTO)
Bizi izləyin

Qırmızı.az

Poylu-Ağstafa dəmir yolunun təmirinə start verildi (FOTO)

Bu gündən etibarən Poylu-Ağstafa mənzilində 9 km yolun əsaslı təmirinə start verilib.


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Publika.az-a verilən məlumata görə, təmir işləri ayın sonuna davam edəcək.


Əsaslı təmir işlərini həyata kecirən "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artıq bir kilometr köhnə yol sökülüb.


Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqrami"nin icrasi çərçıvəsində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm