Fəhlə 5-ci mərtəbədən yıxılıb öldü
Bizi izləyin

Qırmızı.az

Fəhlə 5-ci mərtəbədən yıxılıb öldü

Bakıda 19 yaşlı oğlan 5-ci mərtəbədən yıxılıb ölüb.

Səbail rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, rayonun Bayıl qəsəbəsi Salyan şossesində tikilməkdə olan binada fəhlə işləyən 19 yaşlı Pünhan Müslüm oğlu Musayev 5-ci mərtəbədən yıxılıb. Gənc hadisə yerində keçinib. Ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm