Dünən ayağını itirən sürücüylə bağlı qandonduran TƏFƏRRÜAT - FOTO
Bizi izləyin

Qırmızı.az

Dünən ayağını itirən sürücüylə bağlı qandonduran TƏFƏRRÜAT - FOTO

Dünən gecə paytaxtın Binəqədi rayonunda baş verən dəhşətli qəza ilə bağlı ürəkparçalayan faktlar üzə çıxıb.

Bu barədə Axar.az-a özünün idarə etdiyi VAZ -2109 markalı avtomobillə qəzaya uğrayan ikinci qrup əlil, 53 yaşlı Rasim Quliyevin yaxın qohumları məlumat verib.

Belə ki, Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı ikinci qrup əlil, 53 yaşlı R.Quliyev ağır yaralanaraq, bir ayağını itirmişdi. Yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılsa da, həkimlər onun vəziyyətini kafi qiymətləndirmişdi.

Bu gün səhər isə R.Quliyevin qohumlarının verdiyi məlumata görə, ağır yaralı olan Rasim xəstəxanada dünyasını dəyişib.

Qohumları qeyd edir ki, qəzadan sonra vəfat edən R.Quliyevin ailəsində indi təkcə həyat yoldaşı qalıb. Belə ki, 4 nəfərdən ibarət olan ailə ötən il də gənc oğlanlarını itirib. O, atasıyla razılaşmayaraq ailənin çətin durumunda az da olsa yardımçı olmaq üçün dənizkənarı istirahət obyektlərindən birində işə düzəlib və orada elektrik vurması səbəbindən vəfat edib. Bu vaxt o həm də universitetə hazırlaşırmış.

Təxminən on il öncə 5-ci sinifdə oxuyarkən ailənin yeganə qızı xərçəng xəstəliyindən dünyasını dəyişibmiş.

Mərhumun qohumlarının və qonşularının sözlərinə görə, Quliyevlər ailəsi olduqca xeyirxah bir ailə olub.

R.Quliyev özünə məxsus olan evlərdən birini Laçından olan məcburi köçkünlərə təmənnasız kirayə verib. Bunun qarşılığında köçkünlərdən pul almayıb.

Qeyd edək ki, VAZ -2109 markalı avtomobillə qəzaya uğrayan ikinci qrup əlil, 53 yaşlı Rasim Quliyev Şamaxıdan paytaxt istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolayrıcına çırpıb.

Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks istiqamətinə düşüb. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm