Murad Dadaşov bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Murad Dadaşov bıçaqlandı

26 yaşlı Bakı şəhər sakini Əlizamin Sədiyarov 31 yaşlı Murad Dadaşovu bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində, Daş karxanasında qeydə alınıb.

Murad Dadaşov qarın nahiyəsindən aldığı xəsarətlərlə 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən Əlizamin Sədiyarov isə 14-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub. İlkin istintaqla müəyyən edilib ki, hadisənin baş verməsinə tərəflər arasında yaranan mübahisə səbəb olub.

Hadisənin təfərrüatları araşdırılır, faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm