İntihar etmək istəyən şəxsi Baş Prokuror qəbul edəcək - FOTO/VİDEOLAR - YENİLƏNİR
Bizi izləyin

Qırmızı.az

İntihar etmək istəyən şəxsi Baş Prokuror qəbul edəcək - FOTO/VİDEOLAR - YENİLƏNİR

Əldə etdiyimiz məlumata görə, Respublika Baş prokuroru Zakir Qaralov intihar etmək istəyən şəxsi qəbul etmək istədiyini bildirib.

Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları Fəqan Nəsirovu Zakir Qaralovun görüşünə aparıblar.

Millət vəkili Qənirə Paşayeva da görüşdə iştirak etmək üçün Baş Prokurorluğa getdiyini bildirib.

Xatırladaq ki, Fəqan Nəsirov hazırda Zərdabın icra başçısı olan Lütfəli Babayevin Mingəçevir rayonunun icra başçısı olarkən ondan 65 min dollar pul aldığını və hələ də qaytarmadığını iddia edir.

axar.az

13:34

Koroğlu körpüsündə intihar etmək istəyən Fəqan Nəsirov xilas olunub.

FHN əməkdaşları xüsusi qaldırıcı kran vasitəsilə onu aşağı düşürə biliblər.

Qənirə Paşayeva Publika.az-a bildirib ki, iki dəfə intihar etmək istəyən şəxslə telefonla danışıb. Onun problemlərini dinləyəcəyinə söz verib.

13:00

Millət vəkili Qənirə Paşayeva hazırda Koroğlu körpüsündə intihara cəhd edən Fəqan Nəsirovun yanındadır. Millət vəkili onu bu cəhddən çəkindirməyə çalışır. Qənirə Paşayeva Publika.az-a bildirib ki, həmin şəxsin problemlərini dinləyərək, yardım etməyə çalışacaq.

12:28

“Koroğlu” metrostansiyası yaxınlığında körpüdə intihara cəhd edən şəxsin kimliyi müəyyənləşib.

Bu Fəqan Nəsirovdur. Publika.az-ın hadisə yerində olan əməkdaşlarının məlumatına görə, F.Nəsirovun həyat yoldaşı Güllü Nəsirova bildirib ki, yoldaşının intihar etmək istəməsi ailədaxili problemlərlə bağlıdır.

Nəsirovlar iddia edir ki, Zərdab rayon icra hakimiyyətinin başçısı 8 ildir ki, ailənin 65 min manat pulunu alıb geri qaytarmır: “İki qızım var, biri məktəblidir, digəri isə universitet tələbəsidir. Onun təhsil haqqını vaxtında ödəyə bilmirik”

Güllü Nəsirova onu da əlavə edib ki, neçə illərdir ki, kirayələrdə yaşayır. Eyni zamanda, özü onkoloji xəstədir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

11:58

Bu saatlarda 40-45 yaşlı kişi "Koroğlu" dairəsindəki asma körpüyə çıxaraq özünü atmaq istəyir.

Publika.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, həmin şəxs icra hakimiyyəti ilə probleminin olduğunu bildirib.

Onu intihardan çəkindirmək üçün danışıqlar gedir.

Xatırladaq ki, Koroğlu dairəsindəki körpü artıq bir neçə dəfə belə intihar cəhdlərinin məkanı rolunda çıxış edib. Maraqlıdır ki. özlərinə diqqət çəkmək istəyənlər asma körpünün dəmir konstruksiyalı hissəsinə çıxıb, millət vəkili Qənirə Paşayevanı çağırırlar.

Vüsal Tağı

Foto - Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm