Mənzildən 62 min manatlıq oğurluq
Bizi izləyin

Qırmızı.az

Mənzildən 62 min manatlıq oğurluq

Bakıda mənzildən külli miqdarda oğurluq edilib. Xətai Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nobel prospekti 8 ünvanında yaşayan Həsən Məmmədovun evindən 62 min manat pul və xeyli qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə ərizə ilə polisə müraciət edən zərərçəkən bildirib ki, ona məxsus mənzil qarət olunan zaman evdə olmayıb.

Polisdən onu da bildiriblər ki, artıq şübhəli şəxs qismində müəyyən olunan var.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm