• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Məhbuslar Prezidentə müraciət etdi: döyüşməyə hazırıq

Məhbuslar Prezidentə müraciət etdi: döyüşməyə hazırıq

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 46 məhkum cəzaçəkmə müəssisəsinin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə müraciət edib.

Publika.az-ın Penitensiar xidmətin ictimai şöbəsinə istinadən verdiyi məlumata görə, məhkumlar öz müraciətlərində dövlətimizin yürütdüyü siyasəti, sosial-iqtisadi inkişafı, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatları dəstəklədiklərini bildiriblər.


Onlar Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında ölkə başçısının qətiyyətli çıxışını rəğbətlə qarşıladıqlarını vurğulayıblar. Məhkumlar, o cümlədən aralarında döyüş potensialına malik xeyli gəncin olduğunu və torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə yollanmağa hazır olduqlarını bildiriblər.


“Hörmətli cənab Prezident! Əgər Siz Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni separatçılarının son günlərdə törətdikləri azğınlıqlara qarşı hərb əmri versəniz, bizim də ön cəbhələrdə döyüşməyə hazır olmağımızı nəzərə almağınızı dönə-dönə Sizdən xahiş edirik. Biz daim Sizi dəstəkləyir və uğurlar arzulayırıq!”, - deyə müraciətdə qeyd olunur.


Ərizə ilə müraciət edənlərin siyahısı:

1. Fətiyev Nazim Kamandar oğlu

2. Əhmədov Qardaş İnqilab oğlu

3. Məmmədov Rafiq Arif oğlu

4. Süleymanov Elxan Pirverdi oğlu

5. Hüseynov Ələkbər Məmmədhüseyn oğlu

6. Hüseynov Zakir Əhməd oğlu

7. Əliyev Əziz Vətən oğlu

8. Vəlişov Fəqani Qədir oğlu

9. Musayev Mirzə Qurban oğlu

10. Musayev Musa Qurban oğlu

11. İmanov Əjdər Əlimusa oğlu

12. Məmmədov Vüsal Əlövsət oğlu

13. Tağıyev Rövşən Məhəmməd oğlu

14. Hüseynov Zabul Habil oğlu

15. Xurşudov Əliqardaş Kazım oğlu

16. Əhmədov Mehdi Adiş oğlu

17. Yarıyev Tələt Qədir oğlu

18. Nəzərov Bəxtiyar Ağasəf oğlu

19. Məmmədov İlkin Nadir oğlu

20. Həsənov Rafiq Baxtı oğlu

21. Əliyev Rövşən Süleyman oğlu

22. Abdullayev Kərəm Müştəba oğlu

23. Azayev Vaqif Emin oğlu

24. Vəlixanov Nəriman Kamil oğlu

25. Şahbazov Zamiq Hüseyn oğlu

26. Şahniyarov İsa Tofiq oğlu

27. Feyziyev Aydın Xanhəsən oğlu

28. Kərimov Elçin Hamlet oğlu

29. Davudov Əliniyaz Kərim oğlu

30. Əzimov İlkin Telman oğlu

31. Məmmədov Şahlar Sabir oğlu

32. Bədəlov Şövqi Rahim oğlu

33. Cəfərov Aydın İsaməddin oğlu

34. İlyasov Həzrətəli Aslan oğlu

35. Mehdiyev Ağa Sabir oğlu

36. Cəfərov Etibar Cəfər oğlu

37. Cəfərov Nəsimi Yaqub oğlu

38. Yaqubov Kamal Yaqub oğlu

39. Şahmarov Saley Valey oğlu

40. Əliyev Elbrus Əmirxan oğlu

41. Məmmədov Əliniyaz Əlihəsən oğlu

42. Abdullayev Yusif Xəlil oğlu

43. Həsənov Ələskər Zahid oğlu

44. Həsənov Bəylər Zahid oğlu

45. Xubaliyev Sərrab Şəkərəli oğlu

46. Əlizadə Samir Rəhim oğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR