Şimşək çaxacaq, yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Şimşək çaxacaq, yağış yağacaq

Sabah paytaxt Bakıda küləkli hava şəraiti davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a bildiriblər ki, avqustun 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.


Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında avqustun 22-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Aran rayonlarında havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.


Kəskin isti hava şəraitindən sonra avqustun 24-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm