Qaradağ - Sumqayıt magistral qaz kəmərində qəza baş verib
Bizi izləyin

Qırmızı.az

Qaradağ - Sumqayıt magistral qaz kəmərində qəza baş verib

Qaradağ-Sumqayıt magistral qaz kəmərində bu gecə baş verən qəza Abşeron rayonunun bir sıra yaşayış məntəqələrinin qazla təminatında

Qaradağ-Sumqayıt magistral qaz kəmərində bu gecə baş verən qəza Abşeron rayonunun bir sıra yaşayış məntəqələrinin qazla təminatında ciddi problemlər yaradıb. Gecə saatlarında, təxminən mənfi 4 dərəcə temperaturda insanlar qazsız qalıblar. Abşeron rayonunun Qızıldaş, Korgöz, Şanqar və Qobu qəsəbələrinin qaz təminatı tam dayanıb.

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti Abşeron rayonundakı qəsəbələrin qaz təminatını alternativ kəmərlər hesabına yalnız səhərə yaxın bərpa edə bilib.

Hazırda Qaradağ-Sumqayıt magistral qaz kəmərində təmir işləri davam edir. Amma onların nə vaxt başa çatacağı hələ bilinmir. Qaz verilməsi bərpa edilən ərazilərdə bir sıra mənzillərə mavi yanacağın çatdırılmasında çətinliklər hələ də qalmaqdadır. Səbəb smart-kart tipli sayğacların qazın verilməsi qəfil dayandırıldıqdan sonra işləməməsidir. Soyuq hava şəraitinin hökm sürdüyü günlərdə əhali qızınmaq üçün elektrik cihazlarından daha aktiv istifadə etməyə başlayıb və bu da son nəticədə elektrik şəbəkəsində gərginliyin artmasına və açılmaların meydana çıxmasına səbəb olub.

Faktiki isə Bakıətrafı qəsəbələrin elektrik enerjisi və qazla təminatında yaranan problemlər bir çox ailələri dədə-baba qaydası ilə odun sobaları vasitəsilə qızınmaq məcburiyyətində qoyub. Hövsan qəsəbəsində əməkdaşlarımız binanın qabağında tonqal qalarayaraq su qaynadan sakinləri, yanacaq doldurma məntəqələrində maye qaz doldurmaq üçün növbəyə duran insanları müşahidə ediblər. “Bakıelektrikşəbəkə”dən bildiriblər ki, bir qədər əvvəl Hövsan qəsəbəsinə elektrik enerjisinin verilməsi artıq bərpa edilib.

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə paytaxtın və Bakıətrafı qəsəbələrin qaza tələbatının ödənilməsi üçün kifayət qədər mavi yanacağın olduğunu, ara-sıra meydana çıxan texniki problemlərin isə aradan qaldırıldığını bildirdi. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm