Bakıda silahlı insidentlə bağlı iki qardaş tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda silahlı insidentlə bağlı iki qardaş tutuldu

Bakıda bir həftə öncə marketdə baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb.


Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də Bakı şəhər sakini Kamil Abdullayevin döyülməsi və ona məxsus marketdə qaz tapançasından atəş açılması barədə verilmiş məlumatla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb.


RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Cavidan Cəbrayılzadə və qardaşı Kamran tutulublar. C.Cəbrayılzadədən "Umarex" markalı qaz tapançası götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm