• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nazir müavini: "Babək prospekti bağlanacaq"

Nazir müavini: "Babək prospekti bağlanacaq"

“Ziya Bünyadov prospektinin yenidən qurulmasının bu ilin ortalarına başa çatdırılması planlaşdırılır”.

Bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Nazir müavini bildirib ki, Ziya Bünyadov prospektində işlər başa çatdıqdan sonra Nəqliyyat Nazirliyi paytaxtın daha bir hissəsində - Babək prospektində də yenidənqurma işlərinə başlamağı planlaşdırır. Prospektdəki yenidənqurma işlərinin layihəsi hazırlanır. M.Pənahov deyib ki, prospektdə yenidənqurma zamanı hərəkətin qismən və ya tam məhdudlaşdırılması layihələndirmə başa çatdıqdan sonra məlum olacaq.

“Babək prospekti paytaxtın mühüm “nəqliyyat damarı”dır, ona görə də onun yenidən qurulması vacibdir” - deyə M.Pənahov vurğulayıb.

Qeyd edək ki, paytaxt sakinləri arasında daha çox “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Bu mənada Babək prospektində işlərin yaxın vaxtlarda başlanacağı istisna deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR