Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişafı Qiymətləndirilib
Bizi izləyin

Qırmızı.az

Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişafı Qiymətləndirilib

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi ilə birgə təşkil etdiyi “Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012-Azərbaycan” layihəsinin 20 avqust 2014-cü il tarixində təqdimatını keçirmişdir. Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi son 17 il ərzində 29 ölkədə vətəndaş cəmiyyəti təşkilatları sektorunda baş verən dəyişiklikləri izləyir. 2013-ci il üçün İndeks 4.7 balla qiymətləndirilir (1-ən yüksək, 7-ən kiçik inkişaf göstəricisidir).

Layihənin hesabatını təqdim edən Nərmin İbrahimova 2013-cü ildə VCT-lərin qarşılaşdıqları problemlər və VCT sektoruna edilən dövlət dəstəyindən danışıb. Belə ki, 2013-cü ildə VCT-lərin rastlaşdıqları problemlərdən - qeydiyyat prosesi, VCT-lərə tətbiq edilən yeni cərimələr, maliyyə imkanlarının kasadlığı, bizneslə vətəndaş cəmiyyəti arasındakı əməkdaşlığın səviyyəsi kimi problemlərdən söz açıb. O cümlədən, 2013–cü ildə dövlət qurumları ilə VCT-lər arasında müxtəlif görüşlərin keçirilməsi, dövlət qurumlarının müxtəlif layihələrdə VCT-lərə kömək etməsi, onlarla əməkdaşlıq etməsi kimi müsbət addımlardan danışıb.

Nərmin İbrahimova qeyd edib ki, 2013-cü ildə qəbul edilmiş ictimai İştirakçılıq haqqında qanunvericilik dövlət orqanlarını ictimaiyyət qarşısında hesabatlı saxlamaq xarakteri daşıyır və qanuna əsasən hər bir icra orqanının tərkibində ictimai şuraların yaradılması icbaridir.

O cümlədən, təqdimatda 2013-cü ildə Dövlət QHT Şurası tərəfindən sektorun inkişafına töhvə verəcək QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlanmasından bəhs edilib. Orada QHT-lərin qeydiyyatı, hesabatlılığı, qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlər əks olunub.

Hesabatda qeyd olunur ki, 2013-cü ilin sonlarına qədər qeydiyyatdan keçmiş VCT-lərin sayı təxminən 3960 olub və bunların təxminən 110-u yalnız 2013-cü ildə qeydiyyatdan keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm