(R) Azercell Twitter sosial şəbəkəsində də liderdir!
Bizi izləyin

Qırmızı.az

(R) Azercell Twitter sosial şəbəkəsində də liderdir!

Azərbaycan mobil bazarının lideri Azercell Telekom Azərbaycanda ilk dəfə olaraq yerli brendlər arasında Twitter sosial şəbəkəsindəki rəsmi səfihəsində müştəri istəklərinin 89% cavablama nəticəsini əldə edib. “Socialbakers” şirkətinin açıqladığı bu nəticəyə görə, Azercell Azərbaycanda daha bir uğura imza atır. Məlumat üçün bildirək ki, Azercell ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə Twitter rəsmi verified (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda Azercell-in Twitter-də 46.000-dən artıq izləyicisi var və bu göstəriciyə görə də, Azercell Azərbaycanda şirkətlər arasında və mobil operatorlar arasında birincidir.

Xatırladaq ki, Azercell bu yaxınlarda Facebook sosial şəbəkəsindəki rəsmi səfihəsində müştəri istəklərinin 100% cavablama nəticəsini qazanaraq, rekord göstəriciyə imza atıb.

Məlumat üçün bildirək ki, hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.

Qeyd etmək istərdik ki, Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olmuşdur. Bu yeniliklərin tətbiqindəməqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Nəticədə Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.

Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalara çıxış imkanı yaratmağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm