• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Vüsal Şidlerin məhkəməsində yeni faktlar

Vüsal Şidlerin məhkəməsində yeni faktlar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyyətcə azərbaycanlı Vüsal Şilderin ölümündə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbovun məhkəməsi keçirilib. Seymur Talıbov həbs olunana kimi “Əmrahbank”ın kredit şöbəsinin mütəxəssisi işləyib.

İttihama görə, Almaniya vətəndaşı Vüsal Adolf Şilder 2013-cü il mayın 2-də Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq öldürülüb. Qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıblar.
Vüsal Şilder Adolf əslən azərbaycanlıdır. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsalı 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

İnterpol-Azərbaycanın əməkdaşları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə axtarışda olan şəxs Xəyal Əlizadədir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçən prosesdə Vüsal Şilderin ailə üzvlərinin gəlmədiyi məlum olub. Hakim zərərçəkmişlərin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinə tərəflərin münasibətini öyrənib. Şilder ailəsinin vəkili Aslan İsmayılov deyib ki, zərərçəkmişlər məhkəmə iclaslarında iştirak etmək istəyirlər. Onun sözlərinə görə, zərərçəkmişlər hazırda Azərbaycanda deyillər: “Onlar israrla məhkəmədə iştirak etmək istəyirlər. Buna görə də məhkəmənin başqa vaxta keçirilməsini xahiş edilər. Zərərçəkmişin hüquqi varisləri Azərbaycana avqustun sonlarında gələcəklər. Bunu nəzərə alınmasını xahiş edirlər”.

Aslan İsmayılov həmçinin vəsatətlə çıxış etmək istəyib. Hakim deyib ki, iş üzrə vacib şəxslər məhkəmə iclasında iştirak etmirlər. Bu səbəbdən vəsatəti qəbul edə bilməyəcəyini deyib. Vəkil həmçinin iş materialları ilə tanış olmaq istəyib. O, əlavə edib ki, Vüsal Şilderin anasının mətbuatda müsahibəsi dərc olunub.
Hakim mətbuatın işinə qarışmadığını bildirib: “Aslan İsmayılovun iş materialları ilə tanış olması üçün hazırlıq iclasının qərarında qeyd var. Istənilən vaxt gəlib cinayət işi ilə tanış ola bilər”.

Aslan İsmayılovun cinayət işində olan bütün sənədlərin surətini çıxarması ilə bağlı fikirlərinə hakim belə cavab verib: “Biz bütün cinayət işi ilə tanış olmaq üçün şərait yaradacağıq. Zəruri olan sənədlərin surətinin də çıxarmağa icazə veriləcək. Amma dövlət, ailə və kommersiya sirləri olan sənədlərin surətini çıxarmağa icazə verən deyilik”.

Qanununu tələblərini əsas gətirən Aslan İsmayılov cinayət işinin arasında olan bütün sənədlərin surətini götürmək hüququ olduğunu deyib: “Cinayət işində olan bütün sənədlərin surətini götürmək bizim üçün vacibdir. Burada açıq məhkəmə iclası gedir. Heç nəyi gizlətmək mümkün deyil. İstintaq orqanı bu cinayət işinin saxtlaşdırıb”.

Hakim Rasim Sadıqov bu cinayət işində şou düzəltməyə heç kimə icazə verməyəcəyini söyləyib: “Aslan müəllim, siz zərərçəkmiş tərəfin hüquqi nümayəndəsiniz. Burada iştirak etmək hüququnuzdur. Cinayət işində nəyisə yaratmaq istəyirsiz öz işinizdir. Şou yaradan insanların yanında yoxam”.

Aslan İsmayılov deyib ki, heç bir şou yaratmaq fikrində deyil: “İstintaq bu işi bərbad hala salıb. Xəyal Əlizadə müdafiə olunur, o bu gün söyüş söyür. Qadının övladını (Vüsal Şilderin anası Mətanət Şilderdən söhbət gedir - H.Z.) öldürüb. İndi də SMS-lə öldürdüyü ölünü söyür. Belə olmaz”.

Hakim mübahisəni sakitləşdirəndən sonra məhkəmə baxışını avqustun 29-na təyin edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR