Ermənilərə daha bir cavab - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ermənilərə daha bir cavab - VİDEO

"Azərbaycan, Türkiyə və Gürcüstanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda sabitliyin qarantı olacaq”.

Bunu Müdafiə Nazirliyinin idarə rəisi Ramiz Nəcəfov bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanın Silahlı Qüvvələri arasında belə bir strateji əməkdaşlığın həyata keçirilməsi hər hansı bir təhdid doğura biləcək qüvvəyə bir mesaj da ola bilər.

"Hər hansı bir digər qüvvə bu Cənubi Qafqaz bölgəsində sabitliyin pozulmasına cəhdlər etsə, o, ilk növbədə düşünəcək ki, burada üç ölkə strateji əməkdaşlıq həyata keçirir və bu düşüncə onları hərəkətlərindən yayındıra bilər.

Azərbaycan, Türkiyə və Gürcüstan ordusunun birgə təlimlərinin regionda sabitliyi təmin etmək, yaranacaq hansısa bir problemi operativ şəkildə aradan qaldırmaq üçün çox böyük faydası olacaq", - deyə Müdafiə Nazirliyinin idarə rəisi əlavə edib.

/anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm