Yas mərasimləri ilə bağlı qadağa yalan çıxdı
Bizi izləyin

Qırmızı.az

Yas mərasimləri ilə bağlı qadağa yalan çıxdı

“Yas mərasimlərinə dövlət tərəfindən nəzarət olunacağı barədə xəbər növbəti jurnalist cəfəngiyatıdır”. Bu barədə İzvestiya.az-a Səbayel Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov danışıb.

Kərimovun sözlərinə görə, səhərdən jurnalistlər ona zəng edib məsələ ilə bağlı şərh verməsini istəyirlər.

İctimai-siyasi şöbənin müdiri deyib: “İnzibati ərazilər üzrə icra başçılarının birinci müavinlərinin sədrliyi ilə heç bir iclas keçirilməyib. Jurnalistlərə yoxlanılmamış informasiyanı dərc etməyi məsləhət görməzdim”.

Bu arada gün boyu bir sıra KİV-də Azərbaycanda israfçılığın qarşısının alınması məqsədilə yas mərasimlərinə nəzarət ediləcəyi barədə xəbərlər yayılıb. Saytların əksəriyyətində belə yazılırdı: “Bu münasibətlə hökumət konkret standartlar hazırlayıb, menyu tərtib edib. Artıq yas mərasimlərində masanın üstündə yalnız çay və qənd olacaq. İstisna kimi, qadağa təkcə xurmaya aid edilməyəcək”.

Xəbərlərdə deyilirdi ki, inzibati ərazilər üzrə icra başçılarının birinci müavinlərinin sədrliyi ilə iclas keçirilib. Yerli dini xadimlərin, axund və mollaların diqqətinə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək və bu mərasimlərdə qoyulan qaydaların gözlənilməsinə nəzarət etmək tapşırılıb. Guya bu münasibətlə dövlət strukturları yerli ruhaniləri məlumatlandırıblar və tələb ediblər ki, hökumətin tapşırıqları hamının nəzərinə çatdırılsın.

Ehtimallara görə, yas mərasimlərində israfçılığın qarşısını almaq üçün inzibati tədbirlər görüləcək. Eyni zamanda qeyd etmək lazımdır ki, bəzi məlumatlara görə, bu qadağalar yalnız yas mərasimlərindəki masalara aid ediləcək. Qadağa başqa günlərə, o cümlədən Ramazan və Məhərrəm ayında keçirilən tədbirlərə, şəhidlərin anım mərasimlərinə şamil edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm