Bakıda mənzildə kişi meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda mənzildə kişi meyiti tapıldı

Bakıda mənzildə 44 yaşlı kişi meyiti tapılıb.

Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda 1970-ci il təvəllüdlü Qaynulov Marat Rəfailoviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən M.Qaynulovun meyiti döşəmədə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm