Aldanıb qurbana çevrilən qadın azad edildi
Bizi izləyin

Qırmızı.az

Aldanıb qurbana çevrilən qadın azad edildi

Böyük Britaniya polisi Mançesterdə evdə zorla saxlanılan Latviyadan olan 36 yaşlı qadını azad edib.

Publika.az-ın "BBC"-yə istinadən məlumatına görə, qadına göbələklərin yetişdirilməsi fermasında iş təklif olunduğundan o, Britaniyaya gəlib, ancaq qadına orada işləmək qismət olmayıb.

Ölkəyə gəldikdən sonra onu "işə götürənlər" ailəsiylə əlaqə saxlamağa icazə vermədən qadının bir yerdən digər yerə aparıblar.

Ancaq sonda əsir qadın Latviyada yaşayan öz anasıyla əlaqəyə çıxmağı bacarıb. Ana da öz növbəsində baş verənlər barədə İnterpola müraciət edib.

Polis qadını azad edərək üç nəfəri həbs edib.

Hazırda işlə bağlı istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm