Toydan qayıdan ailə qəzaya düşdü: 2 ölü, 5 yaralı
Bizi izləyin

Qırmızı.az

Toydan qayıdan ailə qəzaya düşdü: 2 ölü, 5 yaralı

Bakı-Şamaxı yolunda iki nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az-ın məlumatına görə, hadisə avqustun 21-də axşam saat 22:30 radələrində yolun 120-ci kilomertliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Şamaxı rayonunun Dədəgünəş kənd sakini 1964-cü il təvəllüdlü Babayev Əmiraslan Əlimövsüm oğlu idarə etdiyi 90-MX-130 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü Əmraslan Babayev və təxminən 70 yaşı olan və şəxsiyyəti tam məlum olmayan Zambaq adlı bir qadın dünyasını dəyişib. Sürücünün həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Aynurə Arif qızı, iki azyaşlı oğlu 2010-cu il təvəllüdlü Babayev Kamal Əmraslan oğlu və 2011-ci il təvəllüdlü Babayev Amin Əmraslan oğlu, sərnişinlər-1960-cı il təvəllüdlü Şahbazova Kəniz Cəfər qızı və 1967-ci il təvəllüdlü İsmayılova Gültəkin Mark qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdrilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, ailə toy mərasimindən evə qayıdarkən avtomobil qəzaya uğrayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm