Qırmızı.az
Bu günün tarixi - 22 avqust
Miladi: 22 avqust 2014
Hicri: 25 şəvval 1435
İlin 233-cu günü
İlin sonuna 132 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.42
Günəş - 06.57
Zöhr - 13.48
Əsr - 18.07
Məğrib – 20.45
İşa – 22.11
1543-cü ildə Osmanlı dəniz naziri, Barbaros Xeyrəddin Paşa Tunisi
ələ keçirib
1642-ci ildə İngiltərədə vətəndaş müharibəsi başlayıb
1819 - Azərbaycanda ilk alman koloniyası - Helenendorf (indiki
Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci
ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası
Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra
bölgədə daha bir neçə alman qəsəbəsi salınıb. 1938-ci ildə qəsəbə
Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar
Qazaxıstana sürgün edilib. 2008-ci ildə Milli Məjlis Xanların
Göygöl adlandırılması barədə qərar qəbul edib.
1864-cü ildə 12 ölkə ilk Cenevrə konvensiyasını imzalayıb
1891-ci ildə çex yazıçı Jan Neruda vəfat edib
1941-ci ildə alman orduları Leninqradı mühasirəyə alıb
1985-ci ildə azərbaycanlı futbolçu Ruslan Məcidov anadan olub
1993 - Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə
("Talış-Muğan Respublikası") qarşı xalqın kütləvi aksiyaları
başlanıb. Heydər Əliyevin televiziya ilə müraciətindən sonra
minlərlə şəhər sakini etiraz mitinqinə çıxıb.Mitinq Ə.Hümbətovun
dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub, cinayətkar
dəstə isə dağlara qaçıb. Avqustun 23-də Lənkəran və ətraf
rayonlarda qanuni hakimiyyət bərpa olundu. Ə.Hümbətov və dəstəsi
həmin ilin payızında ələ keçirildi. Heydər Əliyevin təmkin və
qətiyyəti sayəsində bölgədə qanunçuluq tam bərqərar edildi.
1999 - Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında
Qarabağ nizamlanmasına dair növbəti görüş keçirilib.
2000-ci ildə Azərbaycanln ikinci prezidenti Əbülfəz Elçibəy vəfat
edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!