Azərbaycan prokurorluğu Yanukoviçin ətrafını və gey deputatı uşaqbazlıqda ittiham edir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan prokurorluğu Yanukoviçin ətrafını və gey deputatı uşaqbazlıqda ittiham edir

Azərbaycan Baş Prokurorluğu Ukrayna prezidentliyinə keçmiş namizəd, Radikal Partiyanın lideri, deputat Oleq Lyaşkonu və keçmiş prezident Viktor Yanukoviçin administrasiyasının rəhbəri Sergey Levoçkini uşaqbazlıqda (pedofiliya) ittiham edir.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumat foxtime.ru adlı Rusiya saytında yer alıb.

Qeyd edək ki, Oleq Lyaşko gey kimi tanınır və onun adı bir neçə dəfə pedofiliya qalmaqallarında yer alıb.

Məlumatda deyilir ki, Ucar Rayon Prokurorluğu Ukrayna vətəndaşı Oleq Lyaşkoya qarşı pedofiliya ittihamı ilə istintaq aparır. Cinayət işinin materiallarında deyilir ki, 18 mart, 2009-cu ildən 10 oktyabr, 2011-ci ilə qədər Ukrayna vətəndaşı Oleq Lyaşko yetkinlik yaşına çatmayan və yaşları 14-15 olan bir neçə yeniyetmə ilə “könüllülük əsasında” müntəzəm olaraq cinsi əlaqəyə girib. Nəticədə Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə müəyyən olunan cinayəti törədib.

Cinayət işinin materiallarında deyilir ki, ukraynalı deputat xüsusi olaraq Azərbaycana uçub və burada ona həmin “xidməti” göstəriblər. İşin təfərrüatlarını istintaq hələ açıqlamır, ancaq sayt iddia edir ki, Bakıdakı prokurorluq nümayəndələri Ukrayna siyasi elitasının digər nümayəndələrinin, o cümlədən Yanukoviç administrasiyasının rəhbəri Sergey Levoçkinin də müstəntiqlərin şübhəsi altına düşdüyünü bildirib.

S.Levoçkin Oleq Lyaşkonu siyasətə gətirən adam kimi tanınır. İstintaqın ilkin nəticələrinin iki həftə sonra məlum olacağı bildirilir.

Sayt xatırladır ki, Rusiyada da odioz və radikal mövqeyi ilə tanınan Lyaşkonun adı bu motivli bir neçə cinayət işində keçir. Belə ki, Krımda Oleq Lyaşkoya qarşı pedofiliya ittihamı ilə araşdırma aparılır. Müstəntiqlər deputatın 2012-ci ildə Krımdan istirahət adı altında Yaltadakı internatın 12 və 14 yaşlarında olan iki şagirdini Türkiyəyə aparmaq cəhdini araşdırır. Həmin vaxt aeroportun əməkdaşları Lyaşkonun uşaqları ölkədən çıxarmasına imkan verməyiblər. Rusiya İstintaq Komitəsinin sözçüsü Vladimir Markin bildirib ki, hazırda həmin uşaqlar Krımda olduqlarına və Krım Rusiyanın tərkibinə keçdiyinə görə həmin fakt üzrə Rusiyada istintaq başladılıb.

Oleq Lyaşko qalmaqallı çıxışları ilə tanınan siyasətçidir və onun qalmaqallı keçmişi var. Lyaşko keçmiş jurnalistdir, 1993-cü ildə iqtisadi cinayətlərdə və fırıldaqçılıqda ittiham olunaraq 6 il həbsə məhkum edilib. İki ildən sonra amnistiya ilə azadlığa çıxıb. 2006-cı ildə Yuliya Timoşenkonun blokundan deputat seçilib. 2012-ci ildə majoritar dairədən ikinci dəfə deputat olub. O, özünü müxalifətçi kimi göstərsə də Yanukoviçin administrasiyasının rəhbəri ilə yaxın əlaqələrə malik olub.

Lakin Lyaşko Yanukoviçin devrilməsi ilə nəticələnən Maydan hərəkatının fəallarından biridir və kəskin anti-Rusiya bəyanatları ilə tanınır. Lyaşkonun yaratdığı könüllülər batalyonu ölkənin şərqində rusiyameylli separatçılara qarşı döyüşlərdə iştirak edir.

Lyaşkonun adı öz ölkəsində birinci dəfə deyil ki, homoseksual və azyaşlılara meylli biri kimi hallanır. 2012-ci ilin yanvarında seksual azlıqların müdafiəsi ilə məşğul olan təşkilatdan 16 yaşlı Vadim Tereşonko O.Lyaşkonu zorlamada ittiham edib. 2010-cu ildə isə Lyaşko barədə 1993-cü ilə aid olan videonu yayıb. Həmin videoda Lyaşko müstəntiqə “Borya” adlı yüksək vəzifəli şəxslə homoseksual əlaqəsi haqda danışır, bildirir ki, həmin vəzifəli şəxs ona vəzifə təklif edib.

Lyaşko həmin videonu “montaj” adlandırıb. Lakin həmin vaxt Lyaşkonu dindirən müstəntiq videonun həqiqiliyini təsdiqləyib.

Lyaşko bu ilin mayında keçirilən növbədənkənar prezident seçkilərində rəhbəri olduğu Radikal Partiyasından öz namizədliyini irəli sürüb və 9 faizə yaxın səslə üçüncü olub. Lyaşko onun “mavi” və “pedofil” imicinin yaradılmasına görə həmişə siyasi rəqiblərini ittiham edib. Bu günlərdə isə Ukrayna Ali Radasının dəhlizində Lyaşkonu döymüşdülər.

Sergey Levoçkinə gəldikdə isə o, Ukraynanın ən zəngin adamlarından biridir və 2010-2014-cü illərdə Viktor Yanukoviçin administrasiyasının rəhbəri olub.

Virtualaz.org Rusiya saytında axşam saatlarında yer almış bu məlumatı Azərbaycanın prokurorluq orqanları ilə araşdırmağa çalışır. Əgər Azərbaycan hüquq-mühafizə orqanlarında Lyaşko barədə doğrudan da araşdırma gedirsə, bu barədə informasiyanın Rusiya saytına ötürülməsi də kifayət qədər maraqlı məqamdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm