Avtomobillərin icarəsi və etibarnamənin təsdiqi barədə qayda dəyişdirilib
Bizi izləyin

Qırmızı.az

Avtomobillərin icarəsi və etibarnamənin təsdiqi barədə qayda dəyişdirilib

Nazirlər Kabineti"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edilməsi barədə qərar qəbul edib.


Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 953-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 may tarixli 172 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alınıb ki, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 7-ci hissəsinin on ikinci abzasında "təsdiq edilməsi barədə məlumatı" sözləri "təsdiq edilməsi barədə, habelə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları" sözləri ilə əvəz edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm