Ramil Usubov dələduz polkovniki işdən qovdu – FOTO
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov dələduz polkovniki işdən qovdu – FOTO

“Aranızda olan mülki mübahisənin həllinə təşəbbüs göstərmədiyinə görə, Fuad Əliyev DİN-in müvafiq əmri ilə işdən azad olunub”.

Nərminə Əhmədovanın Axar.az-a verdiyi məlumata görə, bu məzmunlu sözlər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi general Rasim Musayevin imzası ilə onun şikayətinə göndərilən cavab məktubunda qeyd olunub. İdarə şikayətçinin etdiyi müraciətdə Gəncə şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi piolkovnik-leytenant Fuad Əliyevin 30.820 manat pulunu dələduzluqla ələ keçirməsi və digər qanunsuz hərəkətləri ilə bağlı ittihamlarının həqiqəti əks etdirmədiyini də açıqlayıb. Buna baxmayaraq, mülki mübahisəni həll etmədiyi üçün polkovnik-leytenant işdən qovulub.

Xatırladaq ki, Nərminə Aladdinovna Əhmədova adlı vətəndaş saytımıza müraciətində bildirmişdi ki, Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyev onun 35.820 manat pulunu mənimsəyib. N.Əhmədova F.Əliyevə pulu bank vasitəsi ilə verdiyini təsdiqləyən qəbzləri də redaksiyaya təqdim etmişdi və hüquqlarının bərpası üçün Baş Prokurorluğa və DİN rəhbərliyinə yazılı qaydada müraciət ünvanlanlamışdı.

Polkovnik-leytenant Fuad Əliyev isə Axar.az-a açıqlamasında borc aldığı pulu qaytarmasına baxmayaraq, Nərminə Əhmədovanın ondan əl çəkmədiyini, onu şantaj etdiyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm