Günü 3 min manata olan “VİP çadır”lar
Bizi izləyin

Qırmızı.az

Günü 3 min manata olan “VİP çadır”lar

Son zamanlar Azərbaycanda yas mərasimlərindəki israfçılıq halları ilə bağlı məsələ ciddi şəkildə müzakirə predmetinə çevrilib. Hətta mətbuatda yas mərasimlərinə dövlət nəzarətinin olacağı barədə də informasiyalar yayıldı. Düzdür, sonradan bu xəbərlər təkzib olundu.

Bununla belə, Publika.az mövzunun aktuallığını nəzərə alaraq müxbirimizin VİP çadırlarla bağlı araşdırmasını təqdim edir.

Azərbaycanda son vaxtlar imkanlı şəxslərin, o cümlədən varlı məmurların öz yaxınlarının yas mərasimi üçün hər cür şəraitə malik dəbdəbəli çadırlar quraşdırması yeni ənənə yaradıb. Bu isə “palatka” mafiyasının işinə yarayır.

Təsəvvür edin ki, “VİP çadır”ın 7 günü zəngin müştəriyə 30-40 min manata başa gəlir. Bu çadırların içində kondisionerdən tutmuş, bahalı çilçırağa kimi olur. Həmçinin “VİP çadır”larda səyyar qadın-kişi ayaqyolusu da quraşdırılır.

Menyuya gəldikdə, “VİP çadır”larda keçirilən yas mərasimlərində yalnız spirtli içki olmur. Qalan yeməklərin çeşidi bahalı restoranların menyusundan fərqlənmir.

Burada xidmətçilərin xüsusi geyimi var. Yay və qış aylarında müxtəlif geyimlərdən istifadə olunur. Eyni zamanda, süfrəyə gətirilən qab-qacaq alman istehsalıdır. Çadırda pərdələr də ən son dəbə uyğun seçilir, süfrələrə gətirilən qaşıq, çəngəl tərtəmizdir. Stol və stullar da xüsusi mebel mağazalarından gətirilib.

“VİP çadır”ların öz mollası da olur. Onlar təhsil görmüş din xadimləridir. Molla ilə birgə “VİP çadır”ın bir günlük kirayəsi isə 2500-3000 manata başa gəlir.

Əjdər bəy məscidində çadır biznesi ilə məşğul olanlar isə üç-dörd dəfə həccə gedib-gəlmiş şəxslərdir. Qeyd edək ki, məscidin qarşısındakı meyitdaşıyan xüsusi maşınlar da həmin hacılara məxsusdur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm