7 yaşlı uşağı it dişlədi
Bizi izləyin

Qırmızı.az

7 yaşlı uşağı it dişlədi

Şəkidə 7 yaşlı uşağı it dişləyib.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Daşağıl kəndində baş verib.


Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Xəqan Vüqar oğlu Babayev küçədə sahibsiz itin hücumuna məruz qalıb. İt uşağın bədəninin baş nahiyəsindən dişləyib. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.


Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub. Ona quduzluğa qarşı peyvənd vurulub. Hazırda uşağın müalicəsi davam edir.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm