• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Asan Könüllüləri Gənclər Gününü qeyd edib

Asan Könüllüləri Gənclər Gününü qeyd edib

2 fevral “Gənclər Günü” ilə bağlı Gəncə “Asan Xidmət” mərkəzində “Narkomaniyaya qarşı mübarizə” adı altında tədbir keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, tədbirdə Gəncə Asan Xidmət mərkəzinin direktoru Elnur Rzayev, Gəncə şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov iştirak edib.

İştirak edənlər 2 Fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib, gənclər arasında geniş yayılmış problem olan narkotikanın zərərlərindən və törədəcəyi fəsadlarından danışıblar. Daha sonra Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən könüllülərin hazırladığı “Narkotika məhv edir” adlı kiçik film nümayiş etdirilib.

Qeyd edək ki, ASAN Könüllüləri Gənclər Təşkilatının təşkilatçılığı ilə bütün “ASAN xidmət” mərkəzlərində 2 Fevral Gənclər Gününə həsr olunmuş “İstedadlar Müsabiqəsi” keçirilib, müsabiqədə mərkəzdə fəaliyyət göstərən gənc könüllülərin hazırladıqları əl işləri sərgilənib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR