İlham və Fərizənin təhqir olunması ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

İlham və Fərizənin təhqir olunması ilə bağlı cinayət işi açıldı

Avqustun 21-dən 22-nə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm