• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Nar”dan nazirliyə qarşı saymazlıq - FOTOLAR

“Nar”dan nazirliyə qarşı saymazlıq - FOTOLAR

“Nar mobayl” xəbərdarlıq etmədən abunəçilərinin meqabaytını (mb) azaldıb.

Axar.az xəbər verir ki, Nar abunəçiləri hər ay 1 manatlıq danışıq kartı yükləyərək 100 mb internet paketi alırdı. Bunun qarşılığında isə yüklənən danışıq kartı balansdan çıxarılırdı.

Bir neçə gündür ki, balansa yüklənən danışıq kartının qarşılğında verilən 100 mb əvəzinə abunəçilərə 80 mb verilir. Üstəlik, bununla bağlı heç bir xəbərdarlıq da edilməyib.

“Nar mobayl”ın müştəri xidmətlərindən Axar.az-a məlumatı təsdiqlədilər və şirkətin danışıq kartı qarşılığında verdiyi mb-ın azaldıldığını bildirdilər. Səbəblə bağlı isə heç bir açıqlama vermədilər.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov “Azvision.az” saytında oxucuların suallarını cavablandırarkən bir sıra maraqlı məqamlara toxunmuşdu. Onlardan biri də internet və mobil rabitə tariflərinin ucuzlaşacağı ilə bağlı rəsmi mövqe idi.

Göründüyü kimi, nazir müavininin bu açıqlamasından “Nar mobayl” məntiqli nəticə “çıxarıb”.


Xəbər lenti

DAHA ÇOX XƏBƏR