Elmar Vəliyev BMT-nin nümayəndələri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Elmar Vəliyev BMT-nin nümayəndələri ilə görüşüb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə işgüzar səfərdə olan BMT-nin insan hüquqları Şurasının Biznes və İnsan Hüquqları üzrə işçi qrupu ilə görüşüb.

BMT-nin insan hüquqları komissarlığının eksperti Sulyandziga Pavel, Selvanathan Puvan, İşçi qrupunun üzvü Hall Peter, Halsteen Urik və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələrinin qatıldığı görüşdə ikitərəfli əlaqələr müzakirə edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları şəhərdə görməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Həmçinin Elmar Vəliyev BMT ilə Azərbaycan əlaqələrinin önəmindən və əhəmiyyətindən danışıb. İcra başçısı şəhərimizdə gedən yenidənqurma və abadlıq işlərinin insanların sosial həyatları üçün əhəmiyyətli olduğunu bildirib.

Qonaqlar Gəncədə ilk dəfə olduqlarını, şəhərin gözəlliyinin onları heyran etdiyini vurğulayıblar. Həmçinin Azərbaycanda biznes fəaliyyətinin insan hüquqlarına olan təsirinin hər zaman diqqətdə saxlanıldığını, bu istiqamətdə yeni təcrübələr öyrənildiyini qeyd ediblər.

Görüş zamanı hər iki tərəfi maraqlandıran suallar səsləndirilib və ətraflı cavablar verilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm