Bakının mərkəzi ərazilərində içməli su olmayacaq
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzi ərazilərində içməli su olmayacaq

Bakının mərkəzi ərazilərində içməlu su olmayacaq.


"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avqustun 23-də saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektləri arasında yerləşən abonentlərə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.


Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm