Sumqayıt sakinini maşınında güllələdilər
Bizi izləyin

Qırmızı.az

Sumqayıt sakinini maşınında güllələdilər

Bu gecə Saray qəsəbəsi ərazisində güllələnmə hadisəsi baş verib.

Axar.az xəbər verir ki, gecə 02:30 radələrində Sumqayıt şəhər sakini Emil Bayram oğlu Bayramov öz avtomobilində gedərkən naməlum şəxsin gülləsinə tuş gəlib. Qolundan yaralanan E.Bayramov Sumqayıt şəhər xəstəxanasına müraciət edib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.

Abşeron Rayon Polis Şöbəsindən bildirilib ki, E.Bayramova atəş açan şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm