• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyalı tələbələr Azərbaycana gəlib (FOTO)

Rusiyalı tələbələr Azərbaycana gəlib (FOTO)

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə rusiyalı tələbələr Azərbaycana gəlib.

Publika.az-ın məlumatına görə, bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBƏİ) təhsil alan rusiyalı tələbələrin böyük bir qrupu Azərbaycana gəlib.

Onlar qonaqpərvər Azərbaycana Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın dəvəti ilə gəliblər. Tələbələrin Azərbaycana belə səfərləri artıq hər il həyata keçirilən gözəl ənənəyə çevrilib və bu, yeddinci səfərdir.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 20-də nümayəndə heyətinin üzvləri Rusiyanın Azərbaycandakı səfirliyində olub, səfir Vladimir Doroxinlə görüşüblər.

Onların bir çoxu Rusiyanın müxtəlif nəşrləri ilə fəal əməkdaşlıq etdiyindən söhbət səmimi və maraqlı keçib. V.Doroxinin Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti mövzusunda qısa giriş sözü əsl diskussiyaya səbəb olub. Tələbələr müxtəlif suallar veriblər: Səfir iqtisadiyyat, siyasət, təhsil və mədəniyyət sahələrində Rusiya-Azərbaycan münasibətlərinin perspektivlərini necə qiymətləndirir? Rusiya diplomatları Azərbaycanda necə yaşayıb işləyirlər? Rus dili Azərbaycanda özünü necə “hiss edir?”. Azərbaycan rəhbərliyinin siyasətinə xas olan tolerantlıq və multikulturalizm öz köklərini haradan götürür və s.

Hiss olunurdu ki, Rusiyadan gəlmiş gənclər hər şeylə maraqlanır və cənub qonşularının uğurlarına sevinirlər. Azərbaycan gənclərinin vəziyyəti və inkişafı mövzusu da diqqətdən kənarda qalmayıb.



V.Doroxin deyib: “Azərbaycanda rusiyalı həmvətənlərin və rus dilinin vəziyyəti qanunla möhkəm müdafiə olunur. Mən sizin hamınıza Azərbaycan dilini öyrənməyi, bu çox maraqlı ölkənin tarixini, iqtisadiyyatını və mədəniyyətini tədqiq etməyi məsləhət görərdim.

Nümayəndə heyətinin hansı prinsip üzrə formalaşdırıldığı barədə səfirin sualına qonaqlar cavab veriblər ki, böyük müsabiqədən keçib (1 yerə 7 nəfər), müstəqil surətdə ölkəşünaslıqla məşğul olub, tematik esselər hazırlayıblar.

Görüşdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov iştirak edib.

AzərTAc

Xəbər lenti

DAHA ÇOX XƏBƏR